Advertisment

RBK kanalı Ruben Vardanyanın müsahibəsini yaymaqdan imtina etdi

Rusiyanın RBK kanalı Rusiyanın Qarabağa göndərdiyi Ruben Vardanyanın verdiyi eksklüziv müsahibəni yayımlamaqdan imtina edib.  

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, kanalın əməkdaşı İlya Doronov bu müsahibədən ötrü məxsusi olaraq İrəvana gəlib. Hətta müsahibənin anonsu da verilib. Lakin son anda kanal müsahibənin yayımından imtina edib.

Ruben Vardanyan sosial şəbəkədə müsahibənin yayımından imtinanın gülünc bir səbəbini açıqlayıb. O iddia edir ki, sosial şəbəkələrdə İlya Doronova təhdidlər olduğu üçün kanal bu müsahibdən imtina edib.