Advertisment

“ABŞ-a lazımdır ki, Qarabağ Azərbaycanın…” - ERMƏNİ POLİTOLOQ

“ABŞ-a Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır, çünki bu halda növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcək və sonra burada Rusiya hərbi bazasının olması mənasız olacaq”.

Herbiand.az erməni mənbələrinə sitinadən xəbər verir ki, bunu politoloq Stepan Danielyan “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda müzakirə zamanı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin Qərb və Rusiya modellərindən danışarkən deyib.

“Bunun nəticəsində region Rusiya və İranın nəzarətindən çıxır. Rus versiyasında deyilir ki, Qarabağ məsələsini gələcəyə buraxmaq lazımdır ki, sülhməramlılar Qarabağda qalsın”.