Advertisment

Polşa Ukrayna ilə sərhəddə "Patriot" yerləşdirəcək

Polşa Ukrayna ilə sərhəddə "Patriot" sistemi yerləşdirməyi planlaşdırır.

Herbiand.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşzak bildirib.

"Almaniya müdafiə nazirinin ölkəmizdə əlavə “Patriot” sistemlərinin yerləşdirilməsi ilə bağlı təklifini məmnunluqla qəbul etdim. Bu gün Almaniya tərəfi ilə telefon danışığı zamanı bu sistemin Ukrayna ilə sərhəddə yerləşdirilməsini təklif edəcəyəm", - Polşa müdafiə naziri deyib.