Advertisment

Ermənistan və Qarabağ erməniləri arasında GƏRGİNLİK VAR

Qarabağdakı separatçılarla İrəvan arasında gərginlik bir qədər də artıb.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Qarabağ ermənilərinin təhlükəsilziyinə cavabdeh  Vitali Balasanyanın söylədiyi fikirlər aranı qsarışdırıb. 

Məlumata görə, Balasanyan Paşinyanın Qarabağın demilitarizasiya olunmuş zona olamsı barədə Paşinyanın açıqlamalarını rədd edib. O, Qarabağ ermənilərinin hərbi dəstələrdən imtina etmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, Paşinyan noyabrın 10-da hökumətin iclasında Qarabağdan (Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazisində yaşayan erməni separatçılarından – red.) hərbi dəstələrlə bağlı təklif aldığını bildirmişdi. O, Soçi görüşündə separatçıların təklif etdiyi demilitarizasiya zonasının yaradılmasını irəli sürdüyünü və yalnız bunun əsasında bölgədəki ordunun miqyasının azaldılacağını demişdi.