Advertisment

Politoloq: “Əgər Oskanyan "xarici işlər naziri" təyin edilərsə...”

“İndi separatçı qüvvələrin “lider”i Arayik Arturyan nazirlərin çoxunu istefaya göndərib”. 

Bu fikirləri Herbiand.az-a politoloq Elxan Şahinoğlu bildirib. O həmçinin, Oskanyanın Qarabağda “xarici işlər naziri” vəzifəsinə gələcəyi barəsində yayılan informasiyanı da şərh edib: 

“Məlumat  tam təstiq olunmayıb. Görünür ki, bu Moskvanın təlimatı əsasında həyata keçirilib. Artıq separatçılar Ermənistandan deyil, Moskvadan asılıdırlar.  Moskvanın əsas adamı da hazırda Ruben Vardanyandır.  Bu istefalar da Vardaryanın  təlimatı ilə həyata keçirilir.  O öz komandasını formalaşdırmağa çalışır. Bir müddətdən sonra ola bilər ki, Moskva Arutunyanı Vardanyanla əvəzlədi.  Oskanyanla bağlı xəbər hələ öz təsdiqini tapmayıb.  Əgər Oskanyan "xarici işlər naziri" təyin edilərsə,  bu hal Azərbaycana qarşı təxribat mahiyyəti daşıyacaq. Bu hal qarşı-durmanı da  gücləndirə bilər.  Gün ərzində Şuşaya atəş açılıb. Ermənistandan başqa vəzifələrə də adam gətirilə bilər. Vardanyan özü də heç Qarabağda doğulmayıb. Ermənistanda anadan olub və uzun müddət Rusiyada yaşayıb.  Oskanyanın posta gələcəyini istisna etmirəm.  Bu gəliş də heç bir şeyi həll etməyəcək. Azərbaycan yerdə qalan və öz ərazisində suverenliyi bərpa etməyə hazırdır. Rusiya isə 3 ildən sonra ərazini tərk etməlidir”.

Emin ŞİRVANZADƏ