Advertisment

Rusiya ilə Ukrayna əsirləri dəyişib

Rusiya ilə Ukrayna növbəti dəfə əsir mübadiləsini həyata keçirib.

Herbiand.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, Rusiya tərəfi 50 hərbçisini geri qaytarıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da "Twitter"də bildirib ki, 50 ukraynalı hərbçi əsirlikdən azad olunub: “50 əsgərimiz rus əsirliyindən vətənə qayıdıb. Onlardan 19 hərbçi Mariupolun müdafiəsində iştirak edirdi və bu hərbçilərdən 12-si Azovstaldan təxliyə olunub. Həmçinin, məhbusların 15-i Çernobıl AES-dən, 7-si isə İlan adasındandır”.