Advertisment

QEYRİ ADİ: Kommunal xərcləri ödəməmək üçün...

ABŞ-da, Florida sakini, 31 yaşlı qadın Nikita Kramp, yaşayış xərcləri böhranı fonunda kommunal ödənişlərə qənaət etmək üçün avtomobildə yaşamağa qərar verib. 

Milli.Az bildirir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.

Nəşr yazıb ki, qız uzun müddət maddi problemlər yaşayıb, iki işi olmasına baxmayaraq, maaşdan maaşa qədər yaşamalı olub, qazancını tamamilə kirayə və hesabların ödənilməsinə sərf edib. Nəticədə bütün xərclərdən sonra amerikalının cəmi 100 dolları qalıb. Kramp üç il əvvəl köçüb və bu, onun sözlərinə görə, nəhayət ona maliyyə sabitliyi qazandırıb. O, avtomobil almaq üçün 25 min dollar yığa bilib.

Qadın qeyd edib ki, belə həyat tərzi onun üçün müəyyən çətinliklər yaratsa da, daha çox xoşbəxt olub. O, avtomobilin içərisində rahat yemək üçün maşını qatlanan masa ilə təchiz etdiyini də bildirib. Amerikalı müxtəlif kateqoriyalı əşyaların saxlanması üçün baqajı dörd bölməyə ayırıb. O, 24 saat fəaliyyət göstərən idman zallarında duş qəbul edib, axşam yeməyi hazırlamaq üçün dostlarının məişət cihazlarından istifadə edib.

Amerikalı keçən il sosial şəbəkələr üçün məzmun yaratmaqla pul qazanmağa başladığını, TilkTok və Instagram-da abunəçilərinin sayını 1,1 milyon insanı keçdiyini bildirib.