Advertisment

Paşinyan Arayiki “təhvil” vermək niyyətində deyil – Separatçılar arasında nə baş verir?

Arayik Harutyunyan ötən gün “parlamentin sədri”nə (qondarma qurum – red.) müraciət edərək “konstitusiyaya dəyişiklik layihəsi”ni dövriyyədən çıxararaq geri qaytarmağı xahiş edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, belə bir “qərar”ın qəbul edilməsinə səbəb “konstitusiya dəyişikliyinin icrası” zamanı verilən müxtəlif “siyasi qiymətlər”, eləcə də ictimaiyyət arasında “layihə” ilə bağlı olan, “daxili parçalanma” və gərginlik üçün növbəti səbəb ola biləcək mənfi reaksiyalar ola bilər.

“Əslində, Qarabağda olan mənbələrinizə görə, problemin daha dərin səbəbləri var və Harutyunyanın qərarı, yumşaq desək, o qədər də “müstəqil” deyil. Məsələ burasındadır ki, dəyişikliklər “prezident sistemi”ndən “yarı-prezident idarəetmə sistemi”nə keçidi nəzərdə tuturdu və bundan sonra Arayik Harutyunyan gedəcəkdi, “hakimiyyət” isə Ruben Vardanyana keçəcəkdi. Bu, “bəzi dairələr”ə sərf etmir. Qarabağda iki halın olduğuna əmindirlər: ya Nikol Paşinyan “hakimiyyət”in Vardanyana keçməməsi üçün Harutyunyanı “konstitusiyaya dəyişiklik layihəsi”ni geri götürməyə məcbur edib, ya da bu, İlham Əliyevin faktiki təzyiqi ilə edilib ki, Qarabağdan danışıq aparan şəxs Ruben Vardanyan olmasın”, - deyə nəşr bildirib.