Advertisment

Slovakiya Ukraynaya döyüş maşınları verib

Slovakiya Almaniya ilə gəldiyi razılığa əsasən 30 ədəd BMP-1 piyadaların döyüş maşınını (PDM) Ukraynaya göndərib.

Herbiand.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad “Twitter“də yazıb.

O, qeyd edib ki, razılaşmanın şərtlərinə əsasən, bunun əvəzində Almaniya Slovakiyaya 15 ədəd “Leopard 2A4” tankı, ehtiyat hissələri və sursat göndərəcək.