Advertisment

Manaseryan: " Bu qorxuludur, Ermənistanda hər ikinci adam..."

“İlin əvvəlindən Ermənistana Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən 300 mindən çox vətəndaş gəlib”.

Herbiand.az "Ordu.az"-a istinadla xəbər verir ki, bunu erməni iqtisadçı Tatul Manaseryan jurnalistlərlə görüşü zamanı deyib.

Onun hesablamalarına görə, bu, Ermənistanın ümumi əhalisinin 10 faizini təşkil edir.

“Biz belə şəraitdə yoxsulluğun səviyyəsini azalda bilirikmi? İlin sonunda yoxsulluğun səviyyəsi 42 faizə çatır. Bu, qorxuludur. İnsanlar yerdə yatırlar. Ermənistanda hər ikinci adam yoxsuldur”, - deyə Manaseryan bildirib.

Erməni iqtsiadçı yoxsulluğun əks-rekordunun Şirak vilayətinə aid olduğunu və bu göstəricinin 60 faizi ötdüyünü vurğulayıb.

“Büdcə məşğulluğu təşviq etsə, işsizliyi azaltsa və iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlasa, onu təqdir etmək olardı”, - deyə Manaseryan əlavə edib.