Advertisment

Lavrovun məkrli planı: Status məsələsini sonraya saxlamaq

Bu gün mətbuat konfransı keçirən Rusiyanın baş diplomarı Sergey Lvrov bildirib ki, 2012-ci ildə Rusiya Federasiyasının verdiyi təkliflər qəbul edilsəydi  Dağlıq Qarabağ problemi birdəfəlik bağlanacaqdı.

Herbiand.az xəbər verir ki, Lavrov bu təkliflərin mahiyyətini də açıqlayıb.

O bildirib ki, həmin dövrdə statusun sonraya saxlanılması konsepsiyası ortaya çıxıb.

Rusiya təklif edib ki, ermənilər Qarabağ ətrafındakı beş Azərbaycan rayonunu tərk edərək Ermənistanı Qarabağla birləşdirən iki rayonun taleyini isə gələcəkdə Qarabağın statusu ilə birlikdə həll edilir.

Əlavə edək ki, bu gün də Rusiya tərəfi Lavrov planı üzrə hərəkət edir. Bu gün də Rusiya status məsələsinin sonraya saxlanması konsepsiyasını irəli sürür.

Herbiand.az