Advertisment

Slovakiya Ukraynanın hərbi texnikalarını təmir edir

Slovakiyanın Koşitse şəhərində Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikalarnın təmiri üçün baza işə başlayıb.

Herbiand.az Almaniyanın “Bild” nəşrinə istinadən yazır ki, bunu Almaniya Müdafiə Nazirliyində Ukrayna üzrə Xüsusi Qərargahın sədri, briqada generalı Kristian Froydinq deyib.

Almaniyanın Krauss-Maffei Wegmann (KMW) tankqayırma şirkəti hazırda Ukraynada gedən döyüşlərdə köhnəlmiş və ya zədələnmiş iri texnikaların, məsələn, Panzerhaubitze 2000 özüyeriyən haubitsaların təmirini təşkil edir. Əməkdaşlığın hüquqi əsasını Slovakiya ilə Almaniya hökuməti arasında hökumətlərarası saziş təşkil edir.

Ötən həftə Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer ölkəsinin Ukraynanın ehtiyacları üçün sursat istehsalını bərpa etməyi nəzərdən keçirəcəyini açıqlamışdı.

Bəxtiyar CƏFƏRLİ