Advertisment

"Sülhməramlıların zor tətbiq edəcəklərini düşünmürəm"

Bu gün Rusiya sülhməramlılarından Xankəndi yolundakı aksiya ilə bağlı qərar verilib. Onlar aksiyanın gedişatına müdaxilə etməyəcəklərini bildiriblər. Bəs birdən ermənilərin təxribatı nəticəsində sülhməramlılar sivil aksiya iştirakçılarına zor tətbiq edə bilərlərmi? Sözügedən mövzu ətrafında millət vəkili Nəsib Məhəmməliyev Visiontv.az saytına açıqlama verib:

“Azərbaycan Vətəndaş Cəmiyyəti institutları nümayəndələrinin Xankəndi yolunda keçirdikləri aksiya dinc xarakterli və beynəlxalq hüquq normalarına tam uyğundur. Eyni zamanda ekoloji tarazlığın pozulmasının, təbii sərvətlərin pirat metodları ilə, vəhşicəsinə istismarının qarşısının alınmasına yönəldiyi üçün, yalnız milli problem sayıla bilməz. 
Rusiyalı sülhməramlılar gözəl başa düşürlər ki, Azərbaycan haqlıdır. Ermənilərin fəaliyyəti isə, cinayətdir və cinayətə haqq qazandırmaq mümkün deyil. Ona görə də, Sülhməramlıların zor tətbiq edəcəklərini düşünmürəm. Məsələ ancaq, sivil qaydada danışıqlar yolu ilə həll olunmalıdır. Ekoloqlar, ümumiyyətlə, Azərbaycan dövlət orqanlarının nümayəndələri Qarabağda yerləşən qızıl, mis, molibden yataqlarına buraxılmalı, monitorinq aparılması üçün şərait yaradılmalı, onların qanunsuz istismarına son qoyulmalıdır. 
Əks halda, lazımi nəticə alınana qədər aksiyalar daha da genişləndirilməlidir. 
Burada bir məsələyə diqqət yetirməmiz lazımdır. Təxribatçı qüvvələrin əlinə hər hansı arqument verməməkdən ötrü, Laçın dəhlizi ilə, Xankəndi yolu mülki erməni vətəndaşları, minik maşınları üçün açıq saxlanılmalıdır.”