Advertisment

Ruben Vardanyanın buraxdığı səhv...

Laçın dəhlizində Azərbaycan ekoloqları və QHT nümayəndələri ilə bağlı hadisələr başlayan kimi Putin tərəfindən Qarabağa “ezam” olunmuş Ruben Vardanyan həyatının səhvini etdi. O Azərbaycan ekoloqları və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin qarşısını almaq üçün Qarabağda ilişib qalmış və Rusiyadan gətirdiyi milyonlar hesabına saxladığı erməni toplumunun nümayəndələrini çıxardı və bununla da minlərlə azərbaycanlının Qarabağa axını üçün zəmin yaratdı. Bu gün hadisələrin cərəyan etdiyi Laçın dəhlizinə bu rayona yaxın və uzaq Azərbaycanın bütün guşələrindən on minlərlə insan öz sözünü demək, dəstəyini bildirmək üçün yola düşmək istəyir və bununla bağlı dövlət orqanlarına müraciət edib. İnsanlar gecələri avtovağzalda keçirir ki avtobus olan kimi Qarabağa yola düşsün.

Laçın 90-cı illərimizin Azadlıq meydanıdır indi və Azərbaycan xalqı 30 il bundan qabaq Azadlıq meydanında göstərdiyi fədakarlığı yenidən ortaya qoymaq üçün Şuşa və Laçına üz tutub. Qarabağa getmək istəyənlərin kiçik bir hissəsinin ora göndərilməsi errmənilərin bu əzəli Azərbaycan torpağındakı mövcudluğuna son qoymaq üçün kifayət edəcək.

Hadisələrin bu istiqamətində inkişafından narahat olan Vardanyan ermənilərin növbəti partiyasını Azərbaycan nümayəndələrinin qarşısına çıxara bilmədi. Amma artıq gec idi. Azərbaycanın vətənpərvər xalqı artıq ayaq üstədir və qarşısıalınmaz bir prosesə start verilib. Hamı üzünü Laçına tutub və oradan gələn xəbərləri diqqətlə izləyir. Böyükdən-kiçiyə , qadından qocaya büytün Azərbaycan indi Laçında olmağa can atır. Hətta nəqliyyatla təminat olmasa piyada getmək istəyənlər barədə xəbərlər var.

Bu xalqın qarşısını kəsə bilən heç bir qüvvə yoxdur. Vardanyan və onun kimilər nə qədər gec deyil qaçıb başlarını qurtarmalıdır.

Əlimusa İbrahimov
Politoloq