Advertisment

NATO ölkələrində silah çatışmazlığı yaşanır

Rusiya və Ukrayna arasında müharibə fonunda NATO-ya üzv ölən bəzi ölkələr silah çatışmazlığı problemi ilə üzləşib.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.

“Alyans daxilində Ukraynaya böyük təhlükəsizlik yardımı göstərən Estoniya kimi ölkələrdə ehtiyatlar azalıb. Ölkələr real qıtlıqla üzləşirlər və tək deyillər. Biz bunu bütün alyansda müşahidə edirik”, - deyə xanım Smit vurğulayıb.

O, Avropa İttifaqının silah ehtiyatı çatışmazlığı ilə üzləşən ölkələrə də kömək etdiyini söyləyib. Smit bir ay ərzində NATO və Aİ-nin müdafiə sənayesi ilə əlaqə yarada və kəsiri aradan qaldıra biləcəyinə ümid edir.

Noyabrın sonunda "New York Times" nəşrinin mənbəsi bildirmişdi ki, NATO ölkələrinin üçdə ikisi artıq Ukraynaya görə silah ehtiyatlarını tükəndirib. / modern.az /