Advertisment

"Oğul verib Şuşa almağa..." - Şəhid anası Şuşadan yazır

Bir Şəhid anasına - Şuşanı vəsf et, deyilərsə  ...

Şuşada səhər necə açıldı?

Təmir olunan Məscid minarələrinin Allahın yoluna və  əməllərin ən salehinə necə çağırış etdiyini ...

 Əsirlikdən azad edilmiş yaralı daş abidələrin necə bağırdığını ...

 Erdən oyanan Şuşanın, mən əl-üzümü yuyana qədər ətrafa Şəhidlərin Ruhundan bir  pərdə çəkdiyini...

Geri dönməyən sakinləri və onun azadlığı uğurunda  canlarından keçən  igidləri üçün dağıdılmış dam örtüklərinin köşəsindən damla-damla yaş axıdan Şuşanı...

 Buz bağlamış Qala divarlarının Günəşə necə qucaq açdığını və "Qırmızı koftalı"nın  yaxasın necə qızdırırdığını...

Daş döşəməli yollar, igid əsgərlərin çəkmələrini necə alqışladığını...

Evlər öz pəncərəsındən boylanıb, əsl sahiblərini necə gözlədiyini...

Gecənin zülməti ilə qılınclaşan şəhərin işıqları, küskün nəzərlərlə Xankəndini və  Xocalını necə süzdüyünü...

Cıdır düzünün, hər damla igid qanına görə bir dəstə Xarı bülbül toplayacağı gününü necə səbirsizliklə gözlədiyini...

 Bir də...  Canından, can -  Oğul verib Şuşa almağa dəyərdimi, sualı ilə qarşı - qarşıya qalan ananın sülh çağrışını anlamayacaq insanlar...

 Söylə, Şəhidin Anası ,  Şuşa necədir ?!

Maya Quliyeva