Advertisment

“Laçın dəhlizində baş verənlər Rusiyanın nüfuzunu sarsıdıb” - Tomas de Vaal

Laçın dəhlizində baş verənlər Rusiyanın nüfuzunu sarsıdıb. Bu fikirləri Karnegi Fondunun aparıcı analitiki, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal Laçın dəhlizində baş verənlərlə və ümumilikdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Azadlıq Radiosunun erməni xidmətinə müsahibə bildirib. 

Herbiand.az xəbər verir ki, radio əməkdaşının “Rusiya niyə müdaxilə etmir? Axı, üçtərəfli bəyanata görə, bu, onların məsuliyyət sahəsidir” sualına analitik belə cavab verib:

“Rusiyanın bütün hərbi, iqtisadi və siyasi resursları indi Ukraynaya yönəlib və təbii ki, Qarabağda sülhməramlı missiyası qalır, lakin o qədər də güclü və bir il əvvəl olduğu kimi peşəkar deyil. Moskva uzun illərdir ki, Bakı və İrəvanla yaxşı münasibətlərdə olmağa çalışır, eyni zamanda Azərbaycanı qıcıqlandırmaq da istəmir.

Amma doğrudan da, indi baş verənlər, deyəsən, əvvəla 2020-ci ilin noyabr razılaşmalarını, ikincisi də Rusiyanın nüfuzunu sarsıdıb. Çünki Rusiya Laçın dəhlizinin işləməsinə cavabdehdir”.