Advertisment

Britaniya Ukraynaya ağır tanklar verir

“Downing Street” Britaniya hökumətinin Ukraynaya Rusiya işğalından müdafiəsinə kömək etmək üçün tanklar verməyi planlaşdırdığını ilk dəfə təsdiqləyib.

Herbiand.az xəbər verir ki, nazirliyin sözçüsü jurnalistlərə bildirib ki, Baş nazir Rişi Sunak müdafiə naziri Ben Uollesdən tankların tədarükü də daxil olmaqla, Ukraynaya dəstəyini daha da sürətləndirmək üçün yaxın həftələrdə tərəfdaşlarla işləməsini istəyib.

Qeyd edək ki, Ukraynanı Britaniya Ordusunun “Challenger 2” tankları ilə təchiz etmək üçün razılaşma əldə edilsə, bununla da ilk dəfə bir qərb ölkəsi Ukraynanı müasir ağır döyüş tankları ilə təmin etmiş olacaq.