Advertisment

Türkiyəyə “F-16” satılması üçün Konqresə müraciət edildi

ABŞ Dövlət Departamenti Türkiyəyə yeni “F-16” qırıcılarının satışına və hazırda Ankaraya məxsus olan eyni tipli təyyarələrin modernizasiya olunmasına icazə verilməsi üçün Konqresə müraciət edib.

Herbiand.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Məlumata görə, departament bununla bağlı Konqresə qərar layihəsi göndərib. Dövlət Departamentinin detalları gələn həftə rəsmi şəkildə açıqlayacağı gözlənilir.

Xatırladaq ki, ABŞ-ın xarici ölkələrə silah, sursat və digər hərbi təyinatlı məhsullar satmasına Konqres icazə verməlidir. Qanunverici orqan NATO üzvü olan ölkələrə silah satışı ilə bağlı 15 gün, Alyansdan kənar dövlətlər üzrə isə 30 gün ərzində mövqeyini bildirməlidir.