Advertisment

Vaşinqton Şoltsun Abrams tankları ilə bağlı şərtinə cavab verib

Ağ evin mətbuat katibi Karin Jan-Pyer Almaniya kansleri Olaf Şoltsun Vaşinqtona qoyduğu şərtə cavab verib.

Xatırladaq ki, Almaniya kansleri bildirib ki, əgər Vaşinqton Abrams tanklarını Ukraynaya versə, ölkəsi Leopard 2 tanklarının Ukraynaya ötürülməsinə razılaşacaq.

Herbiand.az-ın UNIAN-a istinadən məlumatına görə, Ağ evin mətbuat katibi buna cavab olaraq brifinqdə deyib: “Prezident hesab edir ki, hər bir ölkə Ukraynaya hansı yardımın və hansı növ texnikaların verilməsinə hazır olmaları ilə bağlı özlərinin şəxsi suveren qərarını qəbul etməlidir”.

Jan-Pyer qeyd edib ki, Ştatlar Almaniya və Britaniyanın hərbi texnika və silahların verilməsi qərarını alqışlayır. Onun sözlərinə görə, Ukraynaya dəstəkdə “xalqların həmrəyliyi” açıq-aşkardır. Ancaq bu, hər bir ölkənin qərarıdır.

Eyni zamanda mətbuat katibi əlavə edib ki, ABŞ Ukraynaya humanitar yardım və təhlükəsizlik sferasında ən böyük təchizatçı sayılır.

Bəxtiyar CƏFƏRLİ