Advertisment

Estoniya 155 mm-lik haubitsalarını Ukraynaya verir

"Biz bütün 155 mm-lik haubitsalarımızı Ukraynaya veririk və biz bu yolla presedent yaratmaq istəyirik ki, digər ölkələrin Ukraynanı müharibədə qalib gəlmək üçün lazımi silahlarla təmin etməməsi üçün heç bir bəhanə olmasın".

Herbiand.az xəbər verir ki, bunu Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk deyib.

"Estoniya hökuməti Ukraynaya ümumi dəyəri 113 milyon avro olan indiyə qədər göndərdiyi ən böyük hərbi yardım paketini təsdiqləyib. Hərbi yardım paketinə onlarla 155 mm-lik FH-70 və 122 mm-lik D-30 haubitsaları, minlərlə 155 mm-lik artilleriya mərmisi, yüzlərlə M2 "Karl-Gustaf" tank əleyhinə qumbaraatan, artilleriya bölmələrini dəstəkləyən vasitələr daxildir. Bundan əlavə, Estoniya Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə həm əsas, həm də ixtisaslaşdırılmış təlimlər keçirməyə davam edəcək", - Estoniyanın Ukraynadakı səfirliyi bildirib.