Advertisment

İspaniya Ukraynaya “Leopard 2” tankları göndərəcək

İspaniya hökuməti Almaniya istehsalı olan “Leopard 2” tanklarının Ukraynaya göndərilməsi barədə qərar qəbul edib.

Herbiand.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “El Pais” nəşri yayıb.

Nəşr qeyd edir ki, rəsmi Madrid bu qərarı Ümumavropa səviyyəsində əldə olunan razılaşma ilə bağlı verib. Tankların Ukraynaya tədarük tarixi və sayı barədə hələlik məlumat yoxdur. Hazırda İspaniya Silahlı Qüvvələrinin arsenalında 347 “Leopard” tankı var.