Advertisment

Piyadanın dəhşətli ölün anı - VİDEO

Ötən il iyulun 18-i Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən dəhşətli yol nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi keçirilib.

Herbiand.az "baku.ws"ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçən prosesdə sürücü İsmayıl Cəfərova 5 il həbs istənilib.

Belə ki, İsmayıl Cəfərovun idarə etdiyi avtomobilin qarşısına yolu keçmək istəyən piyada çıxıb. Bu zaman piyada hərəkətdə olan avtomobilə dəyərək yerə çırpılıb.

Hadisədən sonra sürücü piyadanı xəstəxanaya aparsa da həyatını xilas edə bilməyib.

Qeyd edək ki, İsmayıl Cəfərov hərbçidir və qardaşı Oruc Cəfərov Vətən Müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.