Advertisment

Almaniya Ukraynada “Panther” tanklarının istehsalını planlaşdırır

Ukraynada Almaniyaya məxsus “Panther” tanklarının istehsal olunması üçün zavodun açılması istiqamətində danışıqlar aparılır.

Herbiand.az xəbər verir ki, bunu Almaniyanın “Rheinmetall” şirkətinin rəhbəri Armin Papperger yerli “Rheinische Post” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, burada məqsəd Ukraynanın hərbi potensialını artırmaqdır və bu ölkənin ərazisində zavodun tikilməsi üçün dövlət rəsmilərinə müraciət olunub, danışıqlar aparılır.

Həmçinin əlavə olunub ki, ilkin hesablamalara görə layihənin ümumi dəyərinin 200 milyon avro olacağı planlaşdırılır və zavod il ərzində 400 tank istehsal etmək gücünə malik olacaq. / APA