Advertisment

Ərdoğan fin jurnalistə ayaqqabı hədiyyə etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya Prezidenti Sauli Niinisto ilə paytaxt Ankarada görüşü zamanı maraqlı anlar yaşanıb.

Mərasimdə islanan fin jurnalistlərdən biri Prezident Ərdoğanın diqqətini çəkib.

Ərdoğan şəxsi katibi Həsən Doğana jurnalistə ayaqqabı hədiyyə etməsini deyib.

Prezident Ərdoğan mərasimdən sonra jurnalistlə yenidən görüşüb.