Advertisment

Ağdamda mərmi partlayıb, ekskavatorçu xəsarət alıb - FOTO

Ağdam rayonunun Əfətli kəndində əkin sahəsində patlayış baş verib.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan bildirilib ki, hadisə kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.