Advertisment

Paşinyan Blinkenlə Laçın yolunu MÜZAKİRƏ EDİB

ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub.

Paşinyan və Blinken Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda kommunikasiya əlaqələrinin açılması barədə fikir mübadiləsi aparıblar.