Advertisment

"Bu birlik və qardaşlıq zamanın ağır sınaqlarından keçib"

Emin Həsənli: Bugünkü türk birliyinin əsasının qoyulmasında da məhz Heydər Əliyevin tarixi xidmətləri olub

 “Türkiyə-Azərbaycan əlaqələri son 20 ildə yüksələn dinamikada inkişaf edir. Bu da səbəbsiz deyil. Ulu öndər Heydər Əliyevin dediyi kmi, biz “Bir millət, iki dövlətik”. Bu birlik və qardaşlıq zamanın ağır sınaqlarından keçib”.

Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Qardaşlığımız əbədidir” QHT platformasının rəhbəri Emin Həsənli deyib.

Məlumat üçün bildirək ki, E.Həsənli qardaş ölkəyə növbəti dəfə səfər edib.

E.Həsənli bildirib ki, səfər çərçivəsində Ankarada Ümummilli liderin abidəsi ziyarət olunub, abidə önünə çələng qoyulub. Abidə önündə keçirilən və Ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilən mərasimdə qardaş ölkənin hərbi yönümlü QHT təmsilçiləri ilə birlikdə Türkiyənin qaziləri, şəhid ailələri, ehtiyatda olan zabitlər, gizirlər də iştirak edib.

Beyazit Yumuk mərasimdə çıxış edərkən

Mərasimdə çıxış edən Türkiye Muharip Gaziler Derneğinin başqanı Beyazıt Yumuk Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün, türk dünyası üçün, həmçinin, Türkiyə-Azərbaycan qardaşlığı üçün gördüyü xidmətlərdən danışıb.

Mərasim iştirakçıları Heydər Əliyevin abidəsi önündə

B.Yumuk Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ilk tədbirin bu ilin yanvarında Ceyhanda, özü də məhz Azərbaycan və Türkiyə qazilərinin iştirakı ilə keçirildiyini xatırladıb. Qeyd olunub ki, bu məqam hər iki xalqın Ulu Öndər Heydər Əliyevə böyük dəyər verdiyinin növbəti bariz nümunəsidir.

O, həmçinin, Türkiyənin həmişə Azərbaycanın yanında, Azərbaycanın da Türkiyənin yanında olduğunu qeyd edib.

“Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri bütün türk dünyasını qürurlandırdı” deyə B.Yumuk əlavə edib.

Mərasimdə çıxış edən E.Həsənli Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın öndərliyində dövlətlərimizin ən yüksək səviyyədə irəlilədiyini, Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduğunu, eyni zamanda Azərbaycanın da Türkiyə yanğınları və zəlzələləri zamanı qardaş ölkəyə dəstək olduğunu deyib.

Emin Həsənli mərasimdə çıxış edərkən

E.Həsənli bildirib ki, bunun əsasını Ümummilli lider Heydər Əliyev qoyub: “Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün misilsiz xidmətlər göstərib. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin əsasını Ulu Öndər qoyub və bu siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirib. Əlbəttə ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığının güclənməsi, o cümlədən türk dünyasının inteqrasiyası istiqamətindəki xidmətlərindən  günlərlə danışsaq yenə də qurtarmaz. Sadəcə olaraq onu bildirmək istəyirəm ki, bugünkü türk birliyinin əsasının qoyulmasında da Heydər Əliyevin tarixi xidmətləri olub”.

Çıxışına davam edən E.Həsənli “Türkiyə-Azərbaycan qardaşlığı əbədidir və sonsuza qədər də əbədi olacaqdır” deyib.

Mərasimdə iştirak edən qazilər bir daha Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana Azərbaycan-Türkiyə qardaşlığı naminə fəaliyyətlərinə görə minnətdarlıqlarını bildirib və bu siyasəti uğurla davam etdirəcəklərini bəyan ediblər.

Onu da qeyd edək ki, Emin Həsənli səfər çərçivəsində Türkiye Muharip Gaziler Derneğinin başqanı Beyazıt Yumuk və Türkiye Harp Malulu Gaziler-Şehit Dul ve Yetimleri Derneği Genel Başkanı Mustafa İşıkla Ankarada görüşlər keçirib.

Emin Həsənli və Beyazit Yumuk

Emin Həsənli və Beyazit Yumuk

Birlik sədri BAYRAQDAR MEDİA-ya bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrinin genişləndirilməsi, qardaşlığımızın təməlinin möhkəmləndirilməsi görüşlərdə əsas müzakirə mövzusu olub.

Emin Həsənli və Mustafa İşık

“Görüşlərdə qeyd etdim ki, “44 günlük Vətən müharibəsi zamanı 85 milyonluq Türkiyənin qəlbi bizimlə döyünürdü. Onların bizə mənəvi dəstəyi bizdə ruh yüksəkliyini artırırdı. Türkiyədə baş verən zəlzələ zamanı da Azərbaycan ayaqda idi. İlk mənəvi, maddi və canlı dəstək də məhz Azərbaycandan oldu. Bütün bunların təməli iki ölkənin qardaşlığılna söykənir. Biz də hərbi yönümlü QHT-lər olaraq qardaşlığımızın təməlinin daha da möhkəmləndirilməsinə daha səylə çalışırıq” deyə Emin Həsənli bidirib.