Advertisment

Azərbaycan vətəndaşından Türkiyədə qan donduran ƏMƏL

Türkiyənin Esenyurt bölgəsində azərbaycanlı T.M qan donduran hadisə törədib.

32gun.az bildirir ki , Azərbaycan vətəndaşı T.M. ilə dayanacaq nəzarətçisi ("stoyanşik") İbrahim G pul üstündə mübahisə edib.

Mübahisə böyüyüb davaya çevrilib.

Daha sonra T.M avtomobili ilə dayanacaq işçisi İbrahim G.-nin üzərinə keçib. 

Parkinq işçisinin qanlar içində yerə yıxıldıöını görən ətrafdakı vətəndaşlar sürücünü döyüblər. Hafisə ilə bağlı polisə və təcili yardıma məlumat verilib.

 

Səhiyyə işçiləri isə ağır yaralanan dayanacaq nəzarətçisi İbrahim G.-ni xəstəxanaya aparıb.

Xəstəxanaya aparılan İbrahim G.-ni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Sürücü T.M hadisə yerində polis tərəfindən saxlanılıb. Həmin şəxs polis bölməsində aparılan prosedurlardan sonra məhkəməyə təhvil verilib. Məhkəmə Azərbaycan vətəndaşı T.M barəsində həbs qərarı verib.