Advertisment

Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü paradındadır - YENİLƏNİB

Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.

Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, general-polkovnik Z. Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.

Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.

*** 11:04

Müdafiə naziri general polkovnik Zakir Həsənov Gürcüstanın paytaxtı Tbilisidə səfərdədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z. Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.

Paradda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri də çıxış edəcək.