Advertisment

ABŞ Ukraynaya ATACMS raketləri verəcək - İDDİA

Ukrayna ATACMS raketlərinin tədarükü ilə bağlı danışıqlar aparır və yaxın vaxtlarda bu silahlar Kiyevə veriləcək.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Prezident Volodimir Zelenski gələn həftə ABŞ-a səfəri zamanı Ukraynaya hərbi yardım və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək.