Advertisment

Pentaqon 155 mm-lik mərmilərin artırılması planlarını təsdiqləyib

ABŞ müdafiə nazirinin silahların tədarükü üzrə müavini Uilyam Laplant Pentaqonun yeni planını təsdiqləyib. Bildirib ki, plana görə, 2025-ci ildə 155 mm-lik artilleriya mərmilərinin istehsalı ayda 100 min ədədə çatdırılacaq.

Herbiand.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O, qeyd edib ki, hazırda aylıq istehsal həcmi 28 min ədəddir: “Bu, 6 ay əvvəlki istehsaldan iki dəfə çoxdur. 2025-ci ildə biz ayda 100 min döyüş sursatı istehsal həcminə çatacağıq”.

Bəxtiyar CƏFƏRLİ