Advertisment

Emin Həsənli: “Xalqımız Prezidentin ətrafında birləşib”

“Ordumuzun Qarabağda keçirdiyi lokal anti-terror əməliyyatları Azərbaycanın tam haqqıdır. Beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyası Azərbaycan dövlətinə belə bir əməliyyatı reallaşdırmaq üçün yam əsas verir”.  

Bu fikirləri hərbi ekspert Emin Həsənli Herbiand.az-a bildirb.

Emin Həsənli hesab edir ki, 10 Noyabr bəyanatının şərtlərini Ermənistan əməl etmədi və Azərbaycan dövlətinə, ordusuna, mülki əhalisinə qarşı dalbadal təxribatlar törətdi.

“Azərbaycan dövlətinin alternativ yollarla problemi həll etməyə çalışdı, amma sonda başqa yol qalmadı. Necə ki, 44 günlük Vətən müharibəsi dövrü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini Azərbaycan dövləti yerinə yetirdi, indi də Azərbaycan ordusu 10 noyabr bəyanatının şərtlərini həyata keçirir”.

Hərbi ekspert əminliklə bildirir ki, xalqımız həmrəydir:

“Xalqımız Ali Baş Komandan, cənab Prezidentin ətrafında birləşib, orduya dəstək verir. Bu birliyin məqsədi Azərbaycanın bütün ərazilərində suveren hüquqları təmin olunsun. Azərbaycanın konstitusion quruluşu tam bərpa olunmalıdır. Atılan addımlar  qardaş Türkiyə tərəfindən dəstəklənir və biz bunu yüksək qiymətləndiririk.

Allahın köməkliyi ilə ordumuz qarşıya qoyulan bu müqəddəs vəzifəni yerinə yetirəcək. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək nəticələr əldə ediləcək. Ordu hazırda maddi texniki bazası, ən əsası mənəvi psixoloji ruh yüksəkliyi və böyük təcrübə əldə etdi. İndiyə qədər döyüşlərdə təcrübə onu deməyə əsas verir ki, qələbə Azərbaycanındır və qısa zamanda Azərbaycan dövləti, Azərbaycan ordusu qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirəcək”.