“Ən azından indiyə qədər Aİ müşahidəçiləri sərhədlərimizdə baş verənlərin qarşısını ala bilməyiblər”.
Herbiand.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan deyib.
Onun sözlərinə görə, Aİ müşahidəçilərinin olması problemin həll olunduğunu düşünmək üçün kifayət deyil.
“Sözlərlə, bəyanatlarla və ya formal, qeyri-vacib addımlarla təhlükəsizlik, yoxsa yerlərdə Ermənistanın təhlükəsizliyini təmin edən problemləri həll etmək istiqamətində düşünürük? Biz nəinki ordumuzu gücləndirməliyik, həm də münasib silahdaşlar, müttəfiqlər əldə etməliyik ki, onların vasitəsilə özümüzü müdafiə edə bilək. İndi mən görmürəm ki, Aİ müşahidəçilərinin olması problemin həll olunduğunu düşünmək üçün kifayətdir. Amma bu, eyni İran, Rusiya ilə problem yaratdı”, - deyə Rüstəmyan qeyd edib.
Erməni deputat bildirib ki, anklavları təhvil verməklə Ermənistan özü də anklav ola bilər.
“Düşünmürəm ki, Azərbaycan 5 istiqamətdə öz tələblərindən əl çəkib. Birincisi sərhədlərin dəqiqləşdirilməsinə aiddir ki, bunu Azərbaycanın özünəməxsus şəkildə etməyi təsəvvür edir. Azərbaycan bu gün tutduğu mövqelərdən geri çəkilmək fikrində olmadığını açıqlayıb. Bizim tərəfimizdən isə ən azı 200 kvadrat kilometr ərazinin itirildiyini elan edirlər. İkincisi bizə çox ciddi zərbə vuracaq anklavlardır. Biz strateji yollara nəzarəti tamamilə itirəcəyik. Həmin anklavları təhvil verməklə Ermənistan özü də anklav ola bilər. Üçüncüsü Naxçıvanla əlaqə məsələsidir. Dördüncüsü təzminat məsələsidir. Növbəti məsələ azərbaycanlı qaçqınların qaytarılması olacaq, onlar Ermənistana 100 minlərlə nəfərlə qayıdacaqlar. Biz Bakıya və Sumqayıta yaşamağa getməyəcəyik, amma onlar gələcəklər”, - deyə o əlavə edib./ordu.az/