Bu gün İrəvan Dövlət Universitetinin Kimya fakültəsinin zirzəmisində baş verən partlayış nəticəsində iki şəxs yanıq mərkəzinə aparılıb.
Herbiand.az erməni mənbələrinə istinadla xəbər verir ki, yanıq mərkəzində həlak olanlar 70 yaşlı Seyran Biçaxçyan və 65 yaşlı Aaron Akopyandır.
“Burada onları sarğı ilə bağladılar, sonra xəstəxanaya apardılar. Onlara çoxsaylı qəlpə yaraları və 3-cü dərəcəli yanıq diaqnozu qoyulub”, - deyə xəstəxanadan bildirilib.
Qeyd edək ki, partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Emin ŞİRVANZADƏ