Hindistan Hərbi Hava Qüvvələrinin Şərq Komandanlığı şərqdəki Manipur ştatının paytaxtı İmpxalın səmasında diqqətləri çəkən uçan naməlum obyekti aşkar etmək üçün “Rafale” döyüş təyyarələrini səmaya qaldırıb.
Herbiand.az xəbər verir ki, TASS bu barədə ANI agentliyinə istinadən məlumat yayıb.
“Noyabrın 19-da bazar günü İmpxal aeroportunun idarəetmə xidməti və hava hücumundan müdafiə sistemi tərəfindən uçan naməlum obyekt vizual olaraq aşkar edilib. Obyekti aşkar etmək üçün iki “Rafale” qırıcısı havaya qalxıb. Təyyarələrin aşağı hündürlükdə uçuşu zamanı uçan naməlum obyekt aşkar edilməyib”, - agentlik Hərbi Hava Qüvvələri komandanlığındakı mənbələrə istinadən xəbər verir.
Naməlum uçan obyektin uçuşunu videoya çəkmək mümkün olub.
Aeroportun rəhbərlərindən birinin jurnalistlərə verdiyi məlumata görə, “olduqca böyük obyekt” bir saatdan çox uçub. Buna görə hava limanında bütün uçuşlar bir neçə saat dayandırılıb.
Bəxtiyar CƏFƏRLİ