Advertisment

Bir türk əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı bir türk əsgəri şəhid olub.

Herbiand.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Leytenant Abdullah Kösenin separatçı terror təşkilatının üzvləri ilə atışmada şəhid olduğu bildirilib.

İlkin məlumata görə, əməliyyatın gedişində 5 terrorçu zərərsizləşdirilib.