Advertisment

Ermənistanın mina istehsalçıları siyahısına daxil edilməsi...

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Landmine Monitor Report 2023”ün Ermənistanı piyadalar əleyhinə mina istehsal edən ölkələr siyahısına daxil edilməsi ilə bağlı paylaşım edib.

Prezidentin köməkçisinin “X” hesabındakı paylaşımında deyilir ki, Ermənistanın təkzib etməsinə baxmayaraq, məhz bu fakt 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddiaları bir daha sübut edir.

Hikmət Hacıyevin sözlərinə görə, aparılan texniki qiymətləndirmələrə əsasən, Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarına milyonlarla mina yerləşdirdiyi müəyyən olunub.

“Nəticədə 2020-ci ilin noyabr ayından bəri 340-dan çox azərbaycanlı mina partlayışlarının qurbanı olub”, - o qeyd edib.