Advertisment

Moskvada Qəzza ilə bağlı Təmas Qrupunun görüşü keçirilib

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Qəzza zolağı ətrafında vəziyyətin nizamlanması ilə bağlı Təmas Qrupunun üzvləri arasında görüş başlayıb.

Herbiand.az xəbər verir ki, görüşün məqsədi Qəzzada atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasını təmin etməkdir.

Noyabrın 11-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Ər-Riyadda keçirilən Birgə Zirvə toplantısında qəbul edilmiş qərara əsasən, Rusiya paytaxtına gələn Ərəb Liqası və İƏT ölkələrinin bir sıra xarici siyasət idarələri rəhbərləri bir araya gəlib.

Görüşdə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, İndoneziya, Fələstin xarici işlər nazirləri və İƏT baş katibi iştirak edir.

Dünən Təmas Qrupu Pekində olub. ÇXR xarici işlər naziri ilə görüş keçirilib.

Təmas Qrupu sabah London və Parisdə də görüşlər keçirəcək.