Advertisment

İlk Türk astronom Yer kürəsinə qayıda bilmir - SƏBƏB

İlk türk astronom Alper Gezeravcının da olduğu "Dragon" kosmik gəmisinin və "Axiom-3" missiya komandasının Yer kürəsinə qayıdışı ABŞ-ın Florida ştatında əlverişsiz hava şəraiti səbəbindən növbəti dəfə təxirə salınıb.

SpaceX şirkətindən verilən açıqlamada Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılmasının bu gün deyil, daha gec bir tarixdə olacağı bildirilib.

Açıqlamada deyilir: "Florida sahillərində davam edən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Dragon çərşənbə axşamı Kosmik Stansiyadan ayrılmasını dayandırır. Kosmik gəmi və Ax-3 heyəti sağlamdır və komandalar geri dönüş üçün hava şəraitini izləyir və monitorinqi davam etdirir.

Qeyd edək ki, ekipajın geri qayıtması əvvəllər iki dəfə təxirə salınıb.