Advertisment

Azərbaycanda keçirilən seçkilərin nəticəsi Ermənistanda …

Azərbaycanda keçirilən seçkilərin nəticəsi Ermənistandan da təsirsiz ötməyib. Nəticələr Nikola qarşı olan qəzəbi bir az da alovlandırıb.

7 fevralda keçirilən seçki erməni mediasında da gündəm olub. Mediada tirajlanan yazılar Ermənistan ictimaiyyətində xoş qarşılanmayıb. 

Herbiand.az-ın məlumatına görə, “Hraparak” iddia edir ki, seçkilərdə İlham Əliyevin Xankəndidə səs verməsinin birbaşa günahkarı Nikoldur. 

Nikolun 2020- ci ildə 44 günlük müharibədəki səriştəsizliyi, 2023-cü il sentyabrda Azərbaycan tərəfindən keçirilən əməliyyatdakı bacarıqsızlığı, bununla yanaşı torpaqların sakitcə təhvil verməsi İlham Əliyevin Azərbaycanda siyasi üstünlüyünü daha da artırdı.

Biz nə vaxtsa Qarabağın boşaldılacağını, çıxılmaz vəziyyətə düşəcəyimizi, Qarabağdakı rejim rəhbərliyinin həbs olunacağını, İlham Əliyevin Xankəndidə səs verəcəyini ağlımıza belə gətirə bilməzdik.

Ən utandırıcı məqam budur ki, Nikol Paşinyanın ailə qəzeti olan "Aykakan jamanak" qəzeti   Azərbaycan Prezidenti İlham Əliyevin və ailəsinin Xankəndidə səsvermə fotosunu dərc edir.  Yəni öz qəzetində biabırçılığımızıdan yazır. Bununla yanaşı qəzetdə utanmazcasına İlham Əliyevin seçki nəticəsini dərc edir. 

Nəşr qeyd edir ki, Ermənistan ictimaiyyəti  Nikol Paşinyanın İlham Əliyevi açıq-aşkar təbrik etməyə çəkindiyini düşünür. Ancaq onlar əmindirlər ki, Paşinyan bunu da edəcək.

Emin ŞİRVANZADƏ