Advertisment

Azərbaycanla bağlı məsələlərdə həsasslıq göstərilərsə, AŞPA ilə yolları davam etdirə bilərik -Politoloq

 

Növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir. Günümüzün aktual mövzularından olan Azərbaycan Avropa münasibətlərinin bundan sonra hansı istiqamətdə davam edəcəyi də maraq doğurur. Politoloq Turan Rzayev Herbiand.az-a açıqlamasında bildirib ki,  AŞPA ilə mövcud problemlər Avropa  İttifaqı ölkələri ilə ayrı-ayrılıqda və yaxud da Avropa İttifaqı ilə münasibətlərimiz konteksində dəyərləndirilməməlidir:

“Yaranmış problemlər təbii ki, AŞPA-nın atacağı addımlardan asılı olaraq həllini tapa bilər və yaxud da bu proses bundan sonra da davam edə bilər. Əgər Azərbaycanın tələbləri yerinə yetirilərsə, Azərbaycanla bağlı məsələlərdə həsasslıq göstərilərsə, AŞPA ilə yolları davam etdirə bilərik. Əksinə hazırki mövqedən davam etdirməyi istəyərlərsə, ritorikalarda bu istiqamətdə olarsa, təbii ki, Azərbaycan da öz növbəsində buna cavab verəcəkdir”. 
Politoloq qeyd edib ki, Azərbaycan Avropa  ilə müxtəlif sahələrdə əməkdaşlıq edir:
“Azərbaycan yanacaq sahəsində neft, qaz ixrac edir. Belə olan təqdirdə Avropa bizdən asılı vəziyyətdədir. Xüsusən yaşıl enerji məsələsində əməkdaşlığı davam etdirməkdədir. Bütün bunları nəzərə alsaq, Avropanın alternativ enerji təminatında Azərbaycanın rolu böyükdür. Bu mənada münasibətlərin Avropa İttifaqı səviyyəsində pozulmasını çətin ki, istəsinlər. Buna görə də müəyyən vaxtlarda Avropa İttifaqının nümayəndələri Azərbaycana səfərlər təşkil edir. Avropa energetikləri enerjinin artırılmasını tələb edirlər. Belə olan təqdirdə deyə bilərlər ki, biz onlar üçün vacibik və ona görə də münasibətlərin hazırki etapda qalması və pisləşməməsinə əllərindən gələni edəcəklər”. 
Elnurə İSAXAN