Advertisment

Kreml Ermənistandan təminat istəyir - PUTİNİ HƏBS ETMƏYCƏK

Kreml Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında mümkün həbsi ilə bağlı İrəvanın təminatlarına ümid edir.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Rusiya Prezidentinin mətbuat Ermənistanın Baş naziri Nikol Paşinyanın “The Telegraph” qəzetinə müsahibəsində “Putin Ermənistana səfər edəcəyi təqdirdə onun mümkün həbsi ilə bağlı məsələni o həll etmir", sözlərini şərh edib.

"Əlbəttə, erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həllini tapmalıdır. Biz bunun əzmindəyik”, - deyə Peskov vurğulayıb.