Advertisment

Kənd sakini: “Paşinyandan xahiş edirik ki, bizə silah və tank versin”

“Ən yaxın yüksəklikdə türklər var və bu gün kim onlara qarşı çıxırsa, cüzi maaş alır”.

Herbiand.az news.am-a istinadən bildirir ki, bunu fevralın 12-də Vardenisdə keçirilən etiraz aksiyası zamanı Mets Masrik kəndinin sakini David Qasparyan deyib.

“Kimsə bilirmi burada, sərhəddə nə baş verir? Qoy dövlət çalışsın ki, insanlar Rusiyaya gedib orda beton tökməsinlər. Burada pul versinlər və insanlar gedib vətəni müdafiə edəcəklər. Əvvəllər Qarabağ bizim qapımız idi, indi bu qapılar yoxdur, indi qapılar Vardenisdir. Bu bizim dağımızdır, onu qorumalıyıq. Amma bunun üçün onlar insanları maraqlandırmalıdırlar ki, Vardenisi tərk etməsinlər və bura Ağdama çevrilməsin. Burada vətəndaşların 90%-i əlinə silah alıb döyüşə bilir. Biz bir daha Paşinyana müraciət edirik - silah, tank, qoşun istəyirik, gəncləri maraqlandır ki, gəlib kamikadze olsunlar”, - Qasparyan deyib.

Bəxtiyar CƏFƏRLİ