Advertisment

Norveç Ukraynaya daha 10 NASAMS zenit qurğusu verəcək

Norveç hökuməti Ukrayna Silahlı Qüvvələrinə NASAMS zenit-raket kompleksi təhvil vermək niyyətindədir. Bunun üçün Kongsberg şirkətindən 10 buraxılış qurğusu və 4 atəş idarəetmə mərkəzinin alınması üçün parlamentə sorğu göndərilib.

Herbiand.az ÇAMTO-ya istinadən bildirir ki, satınalma büdcəsi 3,45 milyard Norveç kronu (326 milyon dollar) təşkil edir.

Parlament təsdiqləsə bu, Norveç tərəfindən Ukrayna ordusuna göndərilən 4-cü NASAMS hava hücumundan müdafiə sistemi olacaq.

Bəxtiyar CƏFƏRLİ