Advertisment

“Qərb növbəti müharibə prosesini Qafqaza daşımaqda maraqlıdır” - Əziz Əlibəyli

Azərbaycan-Ermənistan şərti dövlət sərhəddində düşmən tərəfin daha bir təxribatı ilə uzun müddətdən sonra atəşkəs yenidən pozulub. “Ekodünya” Ekoloji və Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasi şərhçi Əziz Əlibəyli Herbiand.az-a açıqlamasında bildirib ki, atəşkəsin pozulmasında Ermənistana verilən tapşırıqlar önəmli rol oynayır:

“Qərb dairələrindən onlara tapşırıq verilib ki, Azərbaycanı təxribata sövq etsinlər. Və burda çox həssas bir nöqtədə olan sülh məsələləri dərhal müharibəyə çevrilə bilər. Qafqazda bir güllənin atılması iki dövlət arasındakı münaqişəyə və ordan da regional münasibətlərə təsir göstərə biləcək müharibə səviyyəsinə gətirib çıxardar”.

Əziz Əlibəyli Fransa, ABŞ, Hindistan, müəyyən qədər İran siahlarının ölkəyə buraxılmasını İran və Gürcüstanın təşkil etdiyini bildirərək bütün bunların hamısının arxa fonunda yeni müharibə sifarişinin dayandığını diqqətə çatdırıb:

“Qərb Ukraynada, yaxın Şərqdə müharibə apardığı kimi, növbəti müharibə prosesini Qafqaza da daşımaqda maraqlıdır. Və bu Rusiya, İranın arxasındakı növbəti cəbhənin açılması ilə yekunlaşmalıdır. Məsələlərin mahiyyəti bundan ibarətdir. Amma Azərbaycan tərəfi də Qərbin ciddi şəkildə ikiüzlülüyünü tənqid etdi. Həm də rəsmi mövqedən açıqlamaları ilə binokl diplomatiyasını tənqid etməklə buna münasibət bildirdi və dərhal da qisas əməliyyatı keçirildi. Bunun da mahiyyəti odur ki, Azərbaycan Ermənistanın son iki ayda aldığı silahlar üzərində ilk sınağını uğurla yerinə yetirmiş oldu”.

Elnurə İSAXAN