Fevralın 13-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən insidentdə ölən erməni hərbçilərinin sayı dörd nəfərdir.
Herbiand.az xəbər verir ki, dörd erməni hərbçisinin öldüyü və birinin yaralandığını Ermənistan Müdafiə Nazirliyi təsdiq edib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Məhv edilmiş erməni hərbçilərin adları açıqlanıb:
1. Arutyunyan Eduard Hamletoviç (1974);
2. Manukyan Qaqik Varazdatoviç (1982);
3. Ambartsumyan Arsen Qagik (1979);
4. Oqanesyan Qraçya Talışeviç (1957).