Advertisment

Bu il 25-30 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması gözlənilir - Nazir

Bu il 25-30 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması gözlənilir.

Herbiand.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralin 29-da keçirilən brifinqdə deyib. Nazir bildirib ki, sertifikatlaşdırma riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənləri üzrə aparılacaq: “Bu günədək ölkə üzrə 140 min müəllimin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min müəllimin əməkhaqqına 10 faiz, 8 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə edilib.

2026-ci ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqqlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.