Advertisment

Xidmət rəisi bu idarələrin rəisini işdən azad etdi, bəzilərinin isə yerini dəyişdi - SİYAHI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bir neçə vəzifəli şəxs işdən çıxarılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun əmri ilə qurumun Tovuz rayon şöbə rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Xalid Abasov, Gədəbəy rayon şöbə rəisi vəzifəsinin icraçısı mayor Namiq Səmidov, Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov,  Bakı şəhəri Nərimanov rayon idarəsinin rəisi, polkovnik  Aqşin Əliyev və Nəsimi rayon idarəsinin rəisi, polkovnik-leytenant Namiq Hüseynov tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər. 

Bununla yanaşı, bir neçə idarə rəisinin rotasiya qaydasında yeri dəyişdirilib.

Belə ki,  Bakı şəhəri Binəqədi rayon idarəsinin rəisi, polkovnik-leytenant Nicat  Həsənov Sabunçu rayon idarəsinin,  Bakı şəhəri Nizami rayon idarəsinin rəisi, polkovnik-leytenant Elxan Feyziyev Nəsimi rayon idarəsinin rəisi, Abşeron rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən mayor Beytulla Quliyev  Nizami rayon idarəsinin rəisi, Yasamal rayon idarəsinin ikinci şöbənin rəisi Abşeron rayon şöbəsinin rəisi təyin ediliblər.