Advertisment

“Xrizantema” tank əleyhinə raketin uçuş məsafəsi artırılıb

Martın 27-də Rusiya prezidenti Vladimir Putinə nümayiş etdirilən “Xrizantema” tank əleyhinə raket modernləşdirilmədən sonra eyni ölçüləri saxlamaqla uçuş məsafəsi artırılıb.

Herbiand.az xəbər verir ki, bu barədə TASS agentliyinə “Rostex” dövlət korporasiyası məlumat verib.

“Modernləşdirmə zamanı “Xrizantema” tank əleyhinə raketi artırılmış idarə olunan uçuş məsafəsi əldə edib. Eyni zamanda, dəyişikliklərin qarşısını almaq üçün ölçülər tamamilə saxlanılıb”, - “Rostex”dən bildirilib.

Dövlət korporasiyasının nümayəndələri qeyd ediblər ki, müxtəlif növ aviasiya silahlarının modernləşdirilməsi və istehsal həcminin artırılması üzrə işlər davam etdirilir.

9M123M “Xrizantema” idarə olunan raket düşmənin dinamik müdafiəyə malik müasir zirehli texnikasını, istehkamlarını, mühəndis strukturlarını, yerüstü və aşağı sürətli hava hədəflərini, habelə canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Sursat həm də “Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksinin silahlanmasının bir hissəsidir.

Bəxtiyar CƏFƏRLİ